LEQAL.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, bu il aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu, 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./ölkə.az