Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub

Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub
  • Hadisə

  • Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

    LEQAL.AZ  apa-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

    Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

    Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.


    PAYLAŞ:

    Oxşar xəbərlər