Şəkidə yeni ailə quran gənc oğlan sel sularında

Şəkidə yeni ailə quran gənc oğlan sel sularında
  • Hadisə

  • Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

    LEQAL.AZ  xəbər verir ki, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

    Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür./report
    PAYLAŞ:

    Oxşar xəbərlər