Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Lənkəran rayonu ərazisindəki bir neçə obyekt və evdən oğurluq etdiyi də müəyyən edilib. Belə ki, R.Məmmədovun şirniyyat evlərindən birindən 6 ədəd televizor, bundan əlavə parfümeriya mağazasından, çay evindən və bir yaşayış evindən oğurluqlar etdiyi müəyyən olunub.
Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.