Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Kəlbəcərdə jurnalistlərin ölümü ilə bağlı paylaşım edib

Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Kəlbəcərdə jurnalistlərin ölümü ilə bağlı paylaşım edib
  • Hadisə

  • Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya (ICBL) Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.

    LEQAL.AZ-ın  məlumatına görə, bu barədə "Twitter"də paylaşım edilib.

    "Bu gün Azərbaycandan mülki mina itkiləri ilə bağlı dəhşətli xəbər gəldi. Dağlıq Qarabağ münaqişəsinin ölümcül mirası insanların həyatını almağa davam edir", - deyə paylaşımda qeyd olunub.

    Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

    Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub./trend
    PAYLAŞ:

    Oxşar xəbərlər