Rusiyada tarixi binada yanğın olub

Rusiyada tarixi binada yanğın olub
  • Hadisə

  • Rusiyanın Tambov bölgəsində Mədəni İrs Obyektlərini Qoruması Departamentində qeydiyyatda olan tarixi tikilidə yanğın baş verib.

    LEQAL.AZ  TASS-a istinadən xəbər verir ki, yanğın məşhur memar Teofil Sverçevskiyə məxsus malikanədə qeydə alınıb.

    Binanın 200 kvadratmetri yanıb. Yanğının söndürülməsi 4 saatdan çox vaxt aparıb.

    Qeyd edək ki, Lermontovskaya 22 ünvanında yerləşən malikanə 20-ci əsrin əvvəllərində tikilib və memarlıq abidəsi statusuna malikdir.

    Hazırda bina şəhər rəhbərliyinə məxsusdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər