Xızı sakinindən narkotik və silah götürülüb

Xızı sakinindən narkotik və silah götürülüb
  • Hadisə

  • Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslər məsuliyyətə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şorabad qəsəbə sakini Mehman Axundov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq M.Axundovun yaşadığı evdə keçirilən axtarış zamanı oradan bir ədəd lüləsi kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

    Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər