Sürücü BMW-ni aşırdı, özü öldü sərnişin yaralandı

Sürücü BMW-ni aşırdı, özü öldü sərnişin yaralandı
  • Hadisə

  • Gəncədə sürücü idarə etdiyi BMW markalı avtomobili aşırıb.

    LEQAL.AZ baku.ws-ə istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. İlkin məlumata görə, hadisə zamanı sürücü Musayev Rəsul Asim oğlu hadisə yerindəcə dünyasını dəyişib.

    Avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Vahid Səyyadov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, vəziyyəti ağırdır. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

    İlkin məlumata görə, hadisə yüksək surət səbəbindən baş verib və avtomobil səkiyə çırpılaraq aşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər