Bakı sakini dostu tərəfindən bıçaqlanıb

Bakı sakini dostu tərəfindən bıçaqlanıb
  • Hadisə

  • Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Gülbala Əliyev küçəsində qeydə alınıb.

    1984-cü il təvəllüdlü Məmmədov Səfa Səfalı oğlu dostu Ceyhun adlı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

    Yaralı qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
    PAYLAŞ:

    Oxşar xəbərlər