Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı

Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı
  • Hadisə

  • Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosunun qırılması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    LEQAL.AZ “report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

    Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər