Usta işlədiyi evdə qəfildən

Usta işlədiyi evdə qəfildən
  • Hadisə

  • Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

    Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib.

    Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

    Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər