DİN bayram günlərində törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

DİN bayram günlərində törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
  • Hadisə

  • 2021-ci il mart ayının 20-dən22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

    DİN-in Mətbuat Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

    Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.    

    Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.

    Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

    Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılmışdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər