Qazaxda ağır yol qəzası baş verib.
LEQAL.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Dəmirçilər kəndindən Qazax şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”ə dəyərək yol kənarındakı ağaclara çırpılıb.
Qəza zamanı Dəmirçilər kənd sakini-57 yaşlı Ziyarət Xəlilov və onun oğlu 27 yaşlı Elvin Xəlilov ölüb.
Daha iki nəfər - 25 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.