Bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı qızın meyiti tapılıb.
LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti bu gün Gəncə şəhərində zibilliklərin birindən tapılıb.
Qızın qətlində sevgilisi Sərdar Cəfərov şübhəli bilinərək saxlanılıb. İlkin ehtimala görə, S.Cəfərov qızı boğaraq öldürüb.