Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib
  • Hadisə

  • Yevlaxda qeydə alınan ağır yol qəzasında bir nəfər ölüb.

    apa-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax - Zaqatala - Gürcüstan avtomobil yolunun 10-cu kilometrliyində - Xanabad kəndi yaxınlığında, biri “VAZ 2107” olmaqla, iki minik maşını toqquşub.

    Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü, Ağdaş rayonunun Şəkili kənd sakini Cabbarov İlvin Aydın oğlu hadisə yerində keçinib.
    PAYLAŞ:

    Oxşar xəbərlər