Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 16 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 16 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
  • Hadisə

  • Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarov saxlanılıb. Onun üzərinə baxış zamanı 6 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Sənan Zülfüqarovun idarə etdiyi avtomobildən isə 15 kiloqram heroin, 1 kiloqram 164 qram marixuana və 30 qram metamfetamin aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

    Beləliklə, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik 16 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Sənan Zülfüqarov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər