Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdən 1 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdən 1 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb
  • Hadisə

  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Z.Atakişiyev Yasamal rayonu ərazisində saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 49 qramdan artıq heroin, 40 qrama yaxın metamfetamin, 8 ədəd metadon həbi aşkarlanıb.

    Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 310 qram heroin, 305 qram metamfetamin, 200 ədəd metadon həbi və 4 ədəd elektron tərəzi götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər