Mingəçevirdə dörd avtomobil oğurlayan keçmiş məhkum tutulub

Mingəçevirdə dörd avtomobil oğurlayan keçmiş məhkum tutulub
  • Hadisə

  • Mingəçevirdə “VAZ 2106” markalı üç avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə polis şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan LEQAL.AZ-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov şəhər polis şöbəsinin əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.

    Araşdırma zamanı onun eyni markalı daha bir avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub. Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobillə Yevlax rayonunun Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir “VAZ 2106” markalı avtomobili qaçırıb. Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.

    Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər