Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
FHN-in Mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Belə ki, binanın dam örtüyü yanır.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.