Saatlıda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

Saatlıda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb
  • Hadisə

  • Fevralın 22-də saat 14 radələrində Saatlı rayonunun Varxankənd kəndi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Saatlı Rayon Prokurorluğunun LEQAL.AZ-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyevin rayonun Varxankənd kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniləyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyənləşib.

    Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər