Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərindəki super marketlərin birində partlayış olub.
LEQAL.AZ-ın məlumatına görə, partlayış nəticəsində insan tələfatı yoxdur.
Hadisənin ticarət obyektinin zirzəmisində qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.
Super marketin binası tamamilə dağılıb.
Hadisə yerinə dərhal xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.