Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb

Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb
  • Hadisə

  • Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

    Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

    Nəticəsi barədə əlavə məlumat veriləcək.

    09.51
    Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

    "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
    PAYLAŞ:

    Oxşar xəbərlər