Bakıda silahlı şəxslər saxlanıldı

Bakıda silahlı şəxslər saxlanıldı
  • Hadisə

  • Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb.

    Bu barədə Leqal.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

    Sabunçu RPİ-nin əməkdaşları Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

    Həmçinin, Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.



    Müəllif: Leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər