Elvin Basqallı və ailəsi ağır qəzaya düşüb

Elvin Basqallı və ailəsi ağır qəzaya düşüb
  • Hadisə / Maraqlı

  • Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.

    Leqal.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, sürücü Nicat Tarverdiyev "Hyundai Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

    Hazırda fakt araşdırılır.

    Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

    Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər