Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb, yanıb.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində sürücü və sərnişinlərdən biri, Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev ölüb.
Faktla bağlı araşdırma aparılır.