Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Leqal.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bəyan edib ki, qurum ilə vəkil arasında hər hansı isə problem baş verməyib və onun barəsində intizam işi olmayıb.