Bakıda 15 yaşlı qız növbəti dəfə evdən qaçdı

Bakıda 15 yaşlı qız növbəti dəfə evdən qaçdı
  • Hadisə

  • Bakının Sabunçu rayonunda 15 yaşlı qız itkin düşüb.

    Leqal.az xəbər verir ki, 2008-ci il təvəllüdlü A.Ərəbova (şərti) sentyabrın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Ailə üzvlərinin verdiyi məlumata görə, A.Ərəbova əvvəllər də dəfələrlə evdən çıxıb gedib, lakin bir neçə gündən sonra geri dönüb.

    Faktla bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər