Bu gün vəfat edən DSX əsgərinin - Fotosu

Bu gün vəfat edən DSX əsgərinin - Fotosu
  • Hadisə / Maraqlı

  • Leqal.az xəbər verir ki, S.Qurbanov Tovuz rayonunun Dondar Quşçu kənd sakinidir.

    O, doğulduğu kənddə dəfn olunacaq.

    Xidmət zamanı qəfil vəfat edən əsgərimizin fotosunu təqdim edirik:

    21:07

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

    DSX-nin Mətbuat mərkəzindən Leqal.az-a bildirilib ki, hərbçiyə dərhal ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər