Naxçıvandakı qəzada ölənlərin sayı 8-ə çatdı

Naxçıvandakı qəzada ölənlərin sayı 8-ə çatdı
  • Hadisə / Maraqlı

  • Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Leqal.az Nuhçıxan-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

    Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

    Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

    ***

    Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyi (FHN) Kəngərli rayonunun Xok kəndində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, Xok kəndində “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib.

    ***

    Ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 6-ya çatıb.

    Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

    Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

    ***

    Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.

    Naxçıvan DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən xəbərə görə, qəza nəticəsində ağır xəsarət alanlardan 2-si bu gün xəstəxanada dünyasını dəyişib.

    Xəstəxanda ölənlər Kəngərli rayonu, Xok kənd sakinləri- 31 yaşlı Cəlil Əliyev və 5 yaşlı Xanlar Sultanovdur. Azyaşlı Xanların babası və nənəsi qəza zamanı hadisə yerində ölüb.

    PAYLAŞ:

    Oxşar xəbərlər