Türkiyədə xeyli sayda tiktokerin həbs edilməsi barədə xəbər vermişdik.
Leqal.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlar arasında azərbaycanlı tiktokerlər də var.
İddia olunur ki, saxlanılanlardan biri "TikTok"da "By MG" niki ilə tanınan Mehman Qədimbəyli də var.
Qeyd edək ki, M.Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur.
Onu da qeyd edək ki, M.Qədimbəyli Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.
M.Qədimbəylinin saxlanılıb saxlanılmadığını dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.