Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Leqal.az xəbər verir ki, ötən gecə saat 23:45-də Hacıqabul-Horadiz yolunun Sabirabadın Nərimankənd kəndindən keçən 30-cu kilometrində iki avtomobil toqquşub.
Belə ki, 1982-ci ildə anadan olmuş Abdullayev Emin Eynulla oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə 1999-cu il təvəllüdlü Müxtəsimov Ramazan Eldar oğlunun sürdüyü "Mercedes-Benz" markalı maşın toqquşub. Nəticədə "VAZ-21074"in sürücüsü E.Abdullayev və sərnişini 30 yaşlı Rzayev Elşad Əlisəfa oğlu hadisə yerində ölüb.
Qəza ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır./qafqazinfo