Fazil Mustafa güllələndi

Fazil Mustafa güllələndi
  • Hadisə / Maraqlı

  • Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

    Leqal.az  “Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

    F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. 

    ***

    DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
    ***

    Fazil Mustafanın qardaşı oğlu Toğrul “Qafqazinfo”ya bildirib ki, deputat hazırda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    “Hazırda əməliyyat olunur.Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir”, - deyə o bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər