Xocalıda avtomobil aşdı - Ölən var

Xocalıda avtomobil aşdı - Ölən var
  • Hadisə / Maraqlı

  • Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə Axeber.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

    Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər