Bakıda baş verən atışma hadisəsini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumatda deyilir.
Qeyd edək ki, bu gün Bakıda atışma olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 2 nəfərin güllələndiyi bildirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Bakıda odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin yaralanması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır