Sumqayıtda gənc qadın öldürülüb: Cinayət işi açılıb

Sumqayıtda gənc qadın öldürülüb: Cinayət işi açılıb
  • Hadisə / Maraqlı

  • Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

    Sumqayıt şəhər Prokurorluğundan LEQAL.AZ-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri, 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

    Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər