Qəzada yaralanan 13 yaşlı Turan da vəfat etdi

Qəzada yaralanan 13 yaşlı Turan da vəfat etdi
  • Hadisə

  • Yanvarın 13-ü Mingəçevir şəhəri Samux küçəsində baş vermiş ağır qəzada yaralanan 13 yaşlı Turan Rəsulzadə vəfat edib.

    LEQAL.AZ qafqainfo-ya istinadən xəbər verir ki, o, dünən Mingəçevir Şəhər Xəstəxanasında dünyasını dəyişib. Ondan bir neçə gün əvvəl isə həmin qəzada yaralanan 1962-ci il təvəllüdlü Yolçu Cavadov da vəfat edib. Beləliklə, dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.

    Qeyd edək ki, hadisə zamanı Əhməd Əhmədovun idarə etdiyi “Qaz 31” ilə Ülvi Hətəmovun sürdüyü “Mersedes Benz C” markalı avtomobillər toqquşub.

    Nəticədə “Qaz 31”də olan sərnişinlərdən 1983-cü il təvəllüdlü Azər Manafov hadisə yerində dünyasını dəyişib. Sürücü Ə.Əhmədov və sərnişinləri Yolçu Cavadov və Turan Rəsulzadə xəstəxanaya yerləşdirilmişdi.

    Faktla bağlı Mingəçevir ŞPŞ-də CM-in 263.3-cü maddəsi cinayət işi üzrə istintaq davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər