Türkiyədə hotelin tavanının çokməsi nəticəsində 10 nəfər xəsarət alıb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Haber Türk” kanalı məlumat yayıb.
Hadisə Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar Qarsda təşkil olunan anım mərasimində baş verib.
Qarsda olan gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu xəsarət alanlara baş çəkib.
***
Saat 20:18
Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində yerləşən hotel zalının tavanı çöküb.
Bu barədə “Haber Türk” kanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə baş verən zaman hoteldə Sarıqamış əməliyyatının 108-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi keçirilirdi.
Hazırda yaralanan və dağıntılar altında qalan insanların olduğu bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili yardım, polis, xilasetmə və jandarma qrupları cəlb olunur.