İş adamının nəvəsi ticarət mərkəzindən yıxılaraq dünyasını dəyişdi

İş adamının nəvəsi ticarət mərkəzindən yıxılaraq dünyasını dəyişdi
  • Hadisə / Maraqlı

  • "Qalatasaray"ın önəmli adlarından olan Abdurrahim Albayrakın nəvəsi 15 yaşlı Batuhan Bostancı İstanbul Nişantaşı ticarət mərkəzinin 4-cü mərtəbəsindəki yemək bölməsində eyvandan yıxılaraq həyatını itirib.

    LEQAL.AZ xəbər verir ki, İstanbul Nişantaşında məşhur ticarət mərkəzinin 4-cü mərtəbəsindəki eyvandan yıxılan 15 yaşlı Batuhan Bostancı ağır yaralanıb.

    Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Bostancının həyatını itirdiyi müəyyən olunub.

    Bostancının "Qalatasaray"ın önəmli adlarından biri olan Abdurrahim Albayrakın nəvəsi olduğu öyrənilib.

    Eyni zamanda, Beşiktaş camaatının tanınmış adlarından olan Əbdürrəhim Albayrakın kürəkəni Asil Bostancının oğlu Batuhan Bostancının son görüntüləri sosial şəbəkədə paylaşılıb./unikal
    PAYLAŞ:

    Oxşar xəbərlər