Bakıda iki qardaşı avtomobil vurub

Bakıda iki qardaşı avtomobil vurub
  • Hadisə

  • Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    LEQAL.AZ apa-ya istinadən bildirir ki, hadisə Yusif Səfərov küçəsində baş verib.

    Belə ki, 2002-ci il təvəllüdlü Qədirov Kamran Ruslan oğlu və onun qardaşı - 2003-cü il təvəllüdlü Qədirov Nurlan Ruslan oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub.

    Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər