Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı

Rəhim Rəhimlinin ölüm səbəbi açıqlandı
  • Hadisə

  • Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

    Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.

    O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

    Allah rəhmət eləsin!

    07:02

    Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

    Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

    Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

    Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər