MN: "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub"

MN: "Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə tutulub"
  • Hadisə

  • Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

    Bu barədə LEQAL.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

    Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
    PAYLAŞ:

    Oxşar xəbərlər