Gəncə sakini müharibə iştirakçısı olmuş ərinin davranışlarına görə intihara cəhd etdi

Gəncə sakini müharibə iştirakçısı olmuş ərinin davranışlarına görə intihara cəhd etdi
  • Hadisə

  • Gəncə şəhər sakini Firuzə Zeynalova həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, II qrup əlil, 1987-ci il təvəllüdlü Aslan Zeynalovun kobud rəftarına görə intihara cəhd edib. 

    LEQAL.AZ  xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Bildirilir ki, o, həyat yoldaşının onu əsassız, qanunsuz işlərə təhrik etməklə dələduzluq etməyə məcbur etdiyini və bundan bezdiyi üçün başqa çıxış yolu olmadığını bildirib. İntihar cəhdinin qarşısı alınıb. 

    Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 1991-ci il təvəllüdlü Firuzə Zeynalovanın intihara cəhd etməsi faktı ilə bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər