Bakıda ana və 3 yaşlı oğlu itkin düşüb.
LEQAL.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Sədaqət Rəhimova iyulun 25-də axşam saatlarında 3 yaşlı oğlu ilə birgə atasına məxsus olan və Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsində yerləşən evdən çıxıb. Daha sonra onlardan məlumat almaq mümkün olmayıb.
Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. İyulun 24-də Əliağa Şıxlinski küçəsində yaşayan 1990-cı təvəllüdlü Vüsalə Zeynalova 2015-ci il təvəllüdlü qızı ilə birgə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.