Göygöldə baş verən qəzada ölənlərin sayı artıb

Göygöldə baş verən qəzada ölənlərin sayı artıb
  • Hadisə

  • Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

    Leqal.Az Report-a istinadən xəbər verir ki, “VAZ” markalı avtomobillə yük maşının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

    Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.

    2022-07-02 00:30




    23:57 (01.07.2022)

    Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Leqal.Az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan yük avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub.

    Qəza zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb. 

    www.Leqal.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər