71 yaşlı kişi keçmiş həyat yoldaşını və oğlunu güllələdi

71 yaşlı kişi keçmiş həyat yoldaşını və oğlunu güllələdi
  • Hadisə

  • Türkiyədə Manisanın Yunusemre rayonunda dəhşətli qətl törədilib.

    Leqal.Az “Ensonhaber”ə istinadən xəbər verir ki, 71 yaşlı Hüseyn Yurtsevən bir ilə yaxındır ayrıldığı 65 yaşlı həyat yoldaşı ilə barışmaq üçün 45 yaşlı oğlunun evinə gəlib.

    Qəfil başlayan mübahisədən sonra Yurtseven əvvəlcə oğlu Mustafa Yurtsevenə, sonra isə həyat yoldaşı Ummuhan Yurtsevenə tapançadan atəş açıb.

    Silah səslərini eşidən bina sakinləri 112 Təcili Xidmətinə məlumat veriblər. 

    Hadisədən sonra oğlunun yaşadığı mənzildən çıxan Hüseyn Yurtseven təhlükəsizlik qüvvələri tərəfindən mənzildən 50 metr aralıda hadisəni törətdiyi silahı ilə yaxalanıb.

    Hadisə yerinə gələn həkimlər Ummuhan və Mustafa Yurtsevenin həyatını itirdiyini müəyyən edib.




    Lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər