Azərbaycanda zavodda partlayış oldu: Yaralı var

Azərbaycanda zavodda partlayış oldu: Yaralı var
  • Hadisə

  • Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu”nda sursat partlayıb.

    Leqal.Az Apa-ya istinadən xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

    O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
    Faktla bağlı araşdırma aparılır.

    Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

    “Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

    www.Leqal.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər