Rusiyada qadın ərinin istəyi ilə 11 yaşlı oğlunu qətlə yetirib

Rusiyada qadın ərinin istəyi ilə 11 yaşlı oğlunu qətlə yetirib
  • Hadisə

  • Rusiya Federasiyasının Başqırdıstan Respublikasında 11 yaşlı oğlanın ölümündə günahlandırılan ər-arvad həbs ediliblər.

    Qadın 21 il əvvəl törətdiyi cinayəti etiraf edib.

    2001-ci ildə itkin düşmüş hesab edilən oğlanın sümükləri 2017-ci ildə aşkar edilsə də, onun ölüm səbəbi açılmamışdı.

    2021-2022-ci illərdə cinayət işinin materiallarına yenidən baxılıb, oğlanın qohumları yenidən dindiriliblər, yeni şahidlər müəyyən edilib, müasir ekspertizalar aparılıb. Məlum olub ki, uşağı öz anası öldürüb.oxu.az

    İstintaqın məlumatına görə, birgə yaşadığı şəxs onun oğluna qarşı düşmənçilik hiss edib, uşağı tərbiyə etmək istəməyib, təhdid və dilə tutmaqla qadını öz övladını öldürməyə inandırıb. Onların birgə hazırladıqları plana əsasən, qadın darı süpürgəsi hazırlamaq adı ilə oğlunu meşəyə aparıb və orada onu xalatının kəməri ilə boğaraq öldürüb. Bundan sonra isə o, uşağı həmin ərazidə basdırıb.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər