Qəbələdə tələbə tüfənglə özünü öldürüb

Qəbələdə tələbə tüfənglə özünü öldürüb
  • Hadisə

  • Qəbələ rayonunda intihar hadisəsi baş verib.

    Leqal.Az xəbər verir ki, bu gün rayonun Nohurqışlaq kənd sakini, 1999-cu il təvəllüdlü Ədilli Aysun Valeh qızı yaşadığı evdə atasına məxsus ov tüfəngindən özünə atəş açıb.

    Döş nahiyəsindən güllə yarası alan Aysun Ədilli hadisə yerində dünyasını dəyişib.

    Tibb kollecinin tələbəsi olan 23 yaşlı qızın intihar etməsinin səbəbi hələlik məlum deyil.

    Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

    Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./Avtosfer.az/

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər