Azərbaycanda qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri

Azərbaycanda qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri
  • Hadisə

  • Qayınatası tərəfindən yandırılan gəlinin yeni görüntüləri yayılıb. 

    Məlumatlara görə, qayınatası gəlinin üzərinə kimyəvi maddə töküb. 

    Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 


    26 aprel, 17:50

    Daxili İşlər Nazirliyi (DİN) qadının qayınatası tərəfindən yandırması ilə bağlı iddialara aydınlıq gətirib. 

    DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, artıq məsələ Nazirlik tərəfindən nəzarətə götürülüb:

    “Faktla bağlı araşdırmalara başlanılıb”.

    15:49

    Qayınatası tərəfindən yandırılan gəlin ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişinə gətirilib.

    Yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb. 

    O bildirib ki, yanarkən özündən gedib: “Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.

    Beş aydır evdə yanıqları ilə mübarizə aparan qadın xəstəxanaya getmək istəmədiyini bildirib. 

    Qeyd edək ki, verilişdə qadının yaralarında artıq iltihabların olduğu bildirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər