Rusiyanın Omsk şəhərində azyaşlı qızı ilə parka gələn qadın “Qasırğa” attraksionundan yıxılıb.
O, hərəkətdə olan yelləncəkdən “uçaraq” attraksionun ətrafındakı dəmir hasarın o tayına düşüb.
Qadının özünü qeyri-adekvat apardığı bildirilib.
Xəstəxanaya aparılan xanımın özündə olduğu, lakin ciddi xəsarətlər aldığı qeyd edilib.
Yayılan məlumatlara görə, bu, son vaxtlar eyni parkda baş verən artıq ikinci analoji hadisədir.
oxu.az